Hakkında

İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

2013-cü ilin aprel ayından 2022-ci ilin oktyabr ayına qədər birinci vitse-prezident Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olub. 2022-ci ilin oktyabr ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

III, IV və V çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri olmuşdur. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı vardır.